ASCO-nun “TMI-6” barjı əsaslı təmir edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “TMI-6” barjı əsaslı təmir edilib.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib.
Təmir zamanı üzən vasitə tərsanəyə qaldırılıb, gövdənin sualtı və suüstü hissəsində, barjın daxili bölmələrində və göyərtəsində zədələnmiş sahələr dəyişdirilib. Həmçinin gövdənin qorunması üçün metal qoruyucu tirlər, eləcə də dib-yan armaturları və lövbər zəncirləri təmir edilib, sualtı və suüstü hissə obraziv qumla təmizlənərək rənglənib.
"TMI-6"nın lövbər bucurqadının elektrik mühərrikləri və idarəetmə sistemləri sazlanıb, baş göyərtə, ballast və quru çənlər təmizlənib, barj üzrə ümumi rəngləmə işləri yerinə yetirilib.Təmir bitdikdən sonra barj heyət üzvlərinə və müvafiq təsnifat cəmiyyətinə təhvil verilib. Üzən vasitə dəniz sınağından uğurla keçib.
Uzunluğu 90,35, eni 16,50 metr, yükgötürmə qabiliyyəti 2000 ton olan üzən vasitə neft platformalarının inşasında lazım olan yükün daşınması üçün nəzərdə tutulub.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










