ASCO tarixində ilk dəfə iki xanımı motorçu kimi işə qəbul edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiçilik sektorunda gender bərabərliyini və inklüzivliyi təmin etmək məqsədilə mühüm addım ataraq, ilk dəfə iki xanımı – Röya Ələkbərlini və İradə Astanovanı motorçu kimi işə qəbul edib.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, onlar Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasının 2024-cü il məzunlarıdırlar. İradə Astanova sözügedən ixtisasın Azərbaycan dili bölməsində, Röya Ələkbərli isə ingilis dili bölməsində təhsil alıb. Hər iki xanımın hədəfli gələcəkdə baş mexanik vəzifəsinə yüksəlməkdir.
ASCO-nun insan resurslarının idarə edilməsi qaydalarına əsasən, test imtahanı və müsahibəni uğurla keçən bu xanımlar donanmanın işçi ehtiyaclarına uyğun olaraq işə qəbul olunublar. İradə Astanova “Prezident Heydər Əliyev” tankeri, Röya Ələkbərli isə “Culfa” tankerində fəaliyyətə başlayıb. Bu gəmilər Xəzər dənizinin ən böyük tankerlərindən sayılır.
Qeyd edək ki, bundan əvvəl ASCO inklüzivlik prinsiplərini əsas götürərək, ADDA məzunu olan ilk xanım matrosunu işə qəbul etmişdi. Matros Nuranə Əkbərzadə hazırda RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində uğurla çalışır.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ












