ASCO üçün 8 min tonluq üç tanker inşa edilir - FOTOLAR

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yerləşdirdiyi sifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda (BGZ) üç yeni tankerin inşası qrafikə uyğun davam edir.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, hazırda həmin tankerlərdən birinin sifarişi üzrə işlərin 27 %-i tamamlanıb. Digər iki gəmi üzrə prosesin təxminən 22 %-i geridə qalıb.
8 min ton dedveytə malik olacaq yeni tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksək təhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihə əsasında inşa edilir.
Gəmilərin xüsusi konstruksiyası onların dayaz sulu limanlara tam yüklə yanaşmasına imkan verəcək. Bu da tankerlərin istismar çevikliyini artıracaq və kommersiya baxımından əhəmiyyətli üstünlüklər təmin edəcək.
Qeyd edək ki, indiyədək ASCO-nun sifarişi əsasında BGZ-də dörd ədəd milli tanker inşa edilərək təhvil verilib. Onlardan "Laçın" və "Kəlbəcər" neft və neft məhsulları, "Akademik Xoşbəxt Yusifzadə" və "Zəngilan" isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismar edilir. Hazırda inşası davam edən üç ədəd tanker də "Akademik Xoşbəxt Yusifzadə" və "Zəngilan" tankerləri ilə eyni layihədəndir.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ



















