Aşıq Əli yol polisi ilə qalmaqaldan danışdı - məlumatlar həqiqəti əks etdirmir

Aşıq Əli Tapdıqoğlu bir neçə gün öncə Masallı rayonunda yol polisi ilə ilə aralarında qalmaqal yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə Ə.Tapdıqoğlu trend-ə açıqlamasında bildirib ki, məlumatlar həqiqəti əks etdirmir: "Dövlət Yol Polisi əməkdaşları ilə normal münasibətim var və onlar mənə sənətkar kimi hörmət edirlər. Bu hörmət qarışılıqlıdır. Müğənni Xatirə İslamla Masallı rayonunda bir neçə gün əvvəl tədbirdə olmuşuq. Yol polisi əməkdaşları yolda bizi saxlamayıblar, heç kimlə mübahisə olmayıb və mən iş adamı Ramazan Zeynalova zəng vurmamışam. Ramazan Zeynalovla yaxın münasibətim yoxdur".
Qeyd edək ki, Masallıda yerləşən "Viləş" otelində təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən saxlanması, Aşıq Əlinin polisin qanuni tələbinə əməl etməyərək YPX əməkdaşını hədələməsi, daha sonra "Viləş" otelinin sahibi Ramazan Zeynalova zəng etməsi və iş adamının hadisə yerinə gələrək yol patrul xidmətinin əməkdaşı V.Ələsgərovu təhqir etməsi barədə məlumat yayılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












