Asiya İnkişaf Bankının nümayəndəsi: Dəmir yolunun karbonsuzlaşdırılması ilə bağlı ADY ilə işləmək çox xoşdur
“Dəmir yolu enerjiyə qənaət edən nəqliyyat növüdür. COP29 da iştirak səbəbimiz də nəqliyyatın karbonsızlaşdırılmasına dəstək verməyimizdir. Rəqəmsallaşma, həm də dekarbonizasiya baxımından Azərbaycan Dəmir Yollarına (ADY) dəstək veririk.
COP29-da gözləntilərdən asılı olmayaraq, ölkə daxilində dəmir yolu sisteminin karbonsuzlaşdırılması ilə bağlı kifayət qədər uzaqgörən olan ADY ilə işləmək çox xoşdur. Çox qürur duyuram ki, biz Azərbaycanla dəmir yolu sahəsində uzun illərdir əməkdaşlıq edirik”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Asiya İnkişaf Bankının nəqliyyat sektoru ofis sektorları qrupunun direktoru Ceymi Lether jurnalistlərə müsahibəsində deyib.
"COP29-da dəmir yolunun dekarbonizasiyası ilə bağlı müzakirələr apardıq. Ümid edirik ki, daha çox investisiyaya diqqət ayrılacaq. Bu sərmayənin qoyulması və çatdırılması müəyyən vaxt aparacaq. Bundan sonra biz Azərbaycanda çox səmərəli və effektiv dəmir yolu sistemi görəcəyik", - deyə C.Lether bildirib.