“Associated Press” rus və erməniləri alt-üst etdi: Ermənilərin 100-dən çox hərbçisi ölüb

Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə xəttində yaranan gərginlik dünya mediasının diqqətindədir. Dünya mediası Azərbaycan ərazilərinin işğalına dair reallıqları əks etdirən xəbərlər yayır. Nüfuzlu Associated Press beynəlxalq informasiya agentliyi cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə “Dağlıq Qarabağ separatçı regionu”, “Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib”, “Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir” kimi şərhlər yer alıb. Məlumatda əksini tapan faktlardan təxribatın məhz Ermənistan tərəfindən törədilməsi açıq-aydın görünür. Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin 100-dən çox əsgəri öldürülüb və yaralanıb, 6 tankı və 15 artilleriya qurğusu məhv edilib. Agentlik vurğulayır ki, Azərbaycan tərəfi itkilərini açıqlasa da, Ermənistan tərəfi bu barədə rəsmi məlumat yaymır.
Həmin xəbər Associated Press-ə istinadla ABC News, Washington Times, Washington Post, NBC, Fox 13, New York Times, Deutsche Welle kimi məşhur informasiya mənbələrində və bir çox ölkələrə məxsus saytlarda yerləşdirilib.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












