AST Telman beynəlxalq axtarışa verildi

Moskvanın Basman rayon Məhkəməsi Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində həbs qətimkan tədbiri seçib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu onun vəkili Marina Rusakova deyib. T.İsmayılovun özü prosesdə iştirak etməyib və həbs qətimkan tədbiri qiyabi formada çıxarılıb. Vəkil bildirib ki, T.İsmayılov iki nəfərin qətlində şübhəli bilinir və həbs qətimkan tədbiri həmin cinayət iş üzrə qəbul edilib.
M.Rusakovanın sözlərinə görə, hüquqlarını müdafiə etdiyi biznesmen həmçinin qanunsuz silah dövriyyəsində də ittiham olunaraq beynəlxalq axtarışa verilib: "Məhkəmə həbs qətimkan qərarını qiyabi formada qəbul edib. Biz qərardan apellyasiya şikayəti vermişik. Noyabrın 15-də Moskva Şəhər Məhkəməsi şikayətimizə baxacaq".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












