Astara-Astara dəmir yolu xətti istifadəyə verilir - VİDEO

Astara-Astara dəmir yolu xətti gələn ay istifadəyə veriləcək. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, gələn ayın sonunda hər iki ölkənin prezidenti Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edəcək. Həmin vaxt "Şimal-Cənub" nəqliyyat dəhlizinin birinci fazası olan və İranla Azərbaycanı birləşdirən Astara-Astara dəmir yolu xətti də istifadəyə veriləcək. Artıq yolda son tamamlama işləri gedir.
Cavad Cahangirzadə qeyd edib ki, ardınca ikinci mərhələnin tikintisi davam etdiriləcək. İşlərin 3 ilə, hətta daha tez başa çatdırılması planlaşdırılır.
Dəhliz vasitəsi ilə ilkin olaraq ildə 2 milyon ton yük daşınacağı gözlənilir.
Azərbaycan Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












