Astarada baş verən ağır qəzanın görüntüləri yayıldı - Ölən var - FOTO

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Avtosfer.az "Report"a istinadən rayonun Kijəbə qəsəbəsində bir nəfərin ölümü, dörd nəfərin isə yaralanması ilə nəticələnən yol qəzasının görüntülərini təqdim edir.
Xatırladaq ki, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində bir nəfər - 1988-ci il təvəllüdlü Yusif Mirəli oğlu Məmmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanada əməliyyat olunan Y.Məmmədov orada ölüb. Hadisə zamanı xəsarət alan 2014-cü il təvəllüdlü Afət Eldost qızı İbrahimli Astara Rayon Mərkəzi Xəstəxanasında (RMX) kliniki ölüm keçirsə də həkimlərin səyi nəticəsində sağ qalıb. O, sonradan Lənkəran RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır. Digər yaralılar - 1990-cı il təvəllüdlü Bəylər Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Eldost Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Nahidə Tahir qızı Sultanova Astara RMX-a yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












