Astarada təhlükəli vəziyyət - Yol çökdü

Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib. Avtosfer.az apa-ya isitnadən xəbər verir ki, yolda son vaxtlar tez-tez çökmə və sürüşmə baş verir. Hazırda yolda ən bərbad vəziyyət rayonun Baxışoba və Vənəşekəş kəndindən keçən ərazidə müşahidə olunur. Burada yol təqribən 3 metrə qədər çöküb, dərəyə doğru sürüşmə böyük bir ərazini əhatə edir. Yolda elə ərazilər var ki, avtomobillərin hətta birtərəfli hərəkəti mümkünsüz olur. Sürüşmə sitrus bağlarına da ciddi ziyan vurub. Dağın yamacında əkilən yüzlərlə naringi ağacı torpaq altında qalıb. Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov bildirib ki, aidiyyəti qurumlar əraziyə baxış keçirib. Qeyd edək ki, Deqədi-Pəlikeş yolundan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












