Astaradan Moskvaya sərnişin qatarı işləyə bilər

"Astara-Moskva sərnişin qatarı ilə bağlı həm Rusiya, həm də İrana təklif vermişik. İran tərəfi buna hazırdır". "Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə Rusiya tərəfinə məxsus qatarlardan istifadədə maraqlıdır: "Biz istəmirik ki, bu istiqamətdə öz qatarlarımızı istifadə edək. Rusiya qatarlarının istifadəsini istəyirik. Bizdə Astaradan Bakıya elektrik qatarı işləyəcək. Bu, sürətli qatar formasında ola bilər. Bununla da, həmin yolu getmək üçün müddət 4-5 saata endiriləcək".
C.Qurbanov həmçinin bildirib ki, Bakıətrafı və regionlara yeni dəmir yolu xətlərinin çəkilişi dövlət büdcəsindən ayrılacaq vəsait hesabına həyata keçiriləcək: "Bu il üçün bizə 369 mln. manat investisiya ayrılıb. Bunun 100 mln. manatı Bakıətrafı yollar üçündür".
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB










