At oğruları tutuldu - VİDEO

Abşeronda örüş sahəsindən atları oğurlayaraq satıblar. Hadisə Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Zərərçəkmiş at sahibləri rayon polis idarəsinin növbətçi hissəsinə məlumat veriblər ki, atları oğurlanıb. Zəng vuran vətəndaşlar atlarının otlaq sahələrindən yoxa çıxmasını bildiriblər. Zərərçəkmişlərin çox olması ilə polis dərhal əməliyyat qrupu yaradıb. Əməliyyat -axtarış tədbirləri nəticəsində oğurluq atların Salyan bazarında satıldığı müəyən edilib. Atları satan Fizuli Babayev polis idarəsində dindirilərkən hevandarlıqla məşqul olmasını gizlətməyib. Atları tanış olduğu Arif, Xanqulu və Sədrəddindən aldığını deyib. Fizuli Babayev saxlanılan şəxslərdən 10 at aldığını desə də, istintaqa ifadə verən Arif Əliyev, Xanqulu Mirzəyev və Sədrəddin Sülemanzadə Fizuliyə 6 at satdıqlarını bildiriblər. Arif oğurluq etmək təklifinin Xanquludan gəldiyini bildirib. Xanqulu oğurluq hadisələrində iştirakını etiraf etsə də, dəstə başçısı olduğuna dair iddianı inkar edib.
Faktla bağlı Abşeron rayon polis idarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb. Polis atların çoxunun kəsilərək iaşə obyektlərinə və yaxud da kolbasa sexlərinə satılması faktını da arşdırır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












