Ata oğlanla danışan qızını güllələdi

Türkiyədə ata oğlanla danışan qızını güllələyib. Avtosfer.az xəbər verir ki, bu barədə ans press-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Diyarbakır vilayətinin Çüngüş qəsəbəsində baş verib. Məlumata görə, M.H.Ç. adlı kişi 19 yaşlı qızı R. Ç ilə oğlanla danışdığı üçün mübahisə edib. Mübahisədən sonra 19 yaşlı qız evdən bayıra çıxıb.
Bundan daha da əsəbləşən M.H.Ç. evində saxladığı "Kalaşnikov"la evin pəncərəsindən qızına atəş açmağa başlayıb. 8 dəfə atəş açan ata qızını qarın ve qol nahiyəsindən yaralayıb. Ağır yaralanan gənc qız ətrafdakı insanların əraziyə çağırdığı təcili yardımla xəstəxanaya çatdırılıb.
Hadisədən dərhal sonra əraziyə gələn polis əməkdaşları silahıyla birlikdə qaçan atanın tutulması üçün əməliyyata başlayıb.
Aparılan araşdırmalar nəticəsində M.H.Ç.-nin bu gün vilayətin sərhədlərindən kənarda boş bir ərazidə olduğu müəyyən edilib. Polisin həyata keçirdiyi əməliyyatla qızını güllələyən kişi tutularaq istintaqa cəlb edilib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












