Ata oğlunun sevgilisini zorladı: benzin töküb yandırdı - ŞOK FOTO!

Moskva kənarında yerləşən Sosenskoe qəsəbəsində baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində yanaraq ağır vəziyyətdə xəstəxanaya düşənlərdən biri azərbaycanlı gənc, o biri isə onunu sevgilisi imiş. Hadisənin ən dəhşətli tərəfi isə odur ki, onları azərbaycanlı gəncin Nail adlı 47 yaşlı atası yandırıb.
Polisin ilkin araşdırması zamanı məlum olub ki, hadisəni törədən Nail və oğlu tikintidə işləyirmiş. Nailin oğlu Beslan Sosenskoe qəsəbə sakini olan Yulya adlı qızla sevgiliymiş. Həmin gün Beslan Yulyanı atasıyla tanış etmək üçün yaşadıqları evə gətirib. Və atasına da bildirib ki, onlar tezliklə evlənəcəklər. Bundan sonra hər üçü bir yerdə məclis qurublar. Bir qədər sonra Beslan siqaret çəkmək üçün bayıra çıxıb.
Geri qayıdanda isə gördüyü səhnədən dəhşətə gəlib: atası Yulyanı çarpayıya uzadıb zorlamaq istəyirmiş. Atasının üstünə qışqıraraq onu geri itələyən Beslan qızı götürüb getmək istəyib. Bu vaxt Nail otaqda olan benzin kanistrini onların üstünə tökərək yanğın törədib.
Eyni zamanda, benzin onun da paltarına sıçrayıb. Gənclər yanan evi tərk etməyə macal tapıblar. Nail isə sərxoş olduğundan bayıra çıxa bilməyərək yanaraq ölüb. Amma Beslan və Yulya da ağır xəsarət alıblar. Hər ikisinin bədənində çoxlu yanıq izləri var və vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












