“Atama dedim ki, siqaret çəkmə, maşın alacam”

“Atam dünyadan köçəndə ona hər şeyi deməyə imkanım oldu. Demədiyim bir şey qalmadı. Əfsuslar olsun ki, iki mahnını onun üçün lentə almışam, amma birini eşitmədi. Amma ruhu buradadır. Çətin vəziyyətə düşəndə elə bil ki, məni sığallayır, qoruyur. Allahın işidir, təbii ki, darıxıram. Onu qucaqlayardım, bu söhbətləri edərdim”. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev “Sənətsevər” verilişinə qonaq olarkən deyib. Tanınmış müğənni proqramda 7 il bundan əvvəl dünyasını dəyişən atası barədə fikirlərini bölüşüb:
"Döyüşkən, mübariz olmağı anam, diplomat olmağı isə atam öyrədib. Həkimlər atama siqaret çəkməyi qadağan etmişdilər. Ona dedim ki, yarım il siqaret çəkmə, sənə maşın alacam (gülür). Atam isə xəstəliyinə görə maşından imtina etmişdi, öz maşınını satmışdı. Dedi yaxşı… Atam adi həyatda kostyum, qalstuk geyinən insan idi. Günlərin bir günü evə gəldim ki, bəzənib. Mənə deyir ki, hansı rəng alırıq? Mənim də yadımdan çıxıb. Soruşdum ki, nəyi deyirsən? Söylədi ki, maşın söz vermişdin. Getdik, aldıq. Atam dünyadan köçəndə maşına baxırdım. Sən demə, onun zəngin musiqi zövqü var imiş. Onun 20 DVD-si var idi. Sonra onun maşını sürməyə başladım. Hamı dedi ki, Faiqin əli aşağı düşüb, ucuz maşın sürür. Daha demirdilər ki, mən dünyanın ən bahalı maşınını sürürdüm. Çünki, onun əli sükana dəymişdi".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












