Atatürk hava limanında iki partlayış - ölü sayı 50 nəfər oldu - FOTO + Yenilənir

İstanbulda Atatürk hava limanında iki dəfə partlayış baş verib. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aeroporta giriş və çıxış bağlanıb. Partlayışların terror aktları olduğu istisna olunmur. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub. Baş nazir Binəli Yıldırım partlayışla bağlı daxili işlər naziri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi saxlayaraq böhran qrupunun yaradılması haqda göstəriş verib.
***
Doğan xəbər agentliyinin məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub. Çoxsaylı insan yaralanıb. Xəsarət alanlar Bakırköy dövlət xəstəxanasına yerləşdirilib.
***
CNN telekanalı xəbər verir ki, ədliyyə naziri Bekir Bozdağ 10-a yaxın insanın öldüyünü, təxminən 20 insanın yaralandığını söyləyib. Nazir bildirib ki, bir terrorçu Kalaşnikovla ətrafa atəş açdıqdan sonra özünü partladıb.
***
Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 50 nəfərə çatıb. "Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi xəbər yayıb. Agentliyin digər xəbərinə görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var.





İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












