Atbulaq-Nəvai dəmir yolunun əsaslı təmirinə başlanılıb

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Avtofer.az xəbər verir ki, bu barədə "report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib.
Belə ki, bu gün Atbulaq-Nəvai mənzilində 10,5 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkəti arasında "Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 68 km dəmir yolu əsaslı təmir olunub.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












