Atbulaq stansiyasının baş yolları təmir olunur - FOTO

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmiri layihəsi çərçivəsində Atbulaq stansiyasında 1 100 metr uzunluğunda baş yolun əsaslı təmiri işlərinə başlanılıb. Avtosfer.az-ın “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən verdiyi xəbərə görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri iki gün davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb. Qeyd edək ki, gələcəkdə ölkənin qərb istiqamətinə sürətli sərnişin qatarları göndərilməsi baxımından yolların əsaslı təmir olunması əsas amillərdən biridir. Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabrın sonunda başlanılıb və bu günə kimi 230 km-dən artıq dəmir yolu əsaslı təmir olunub.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA












