"ATƏT-in sədrinin bəyanatı qənaətbəxş deyil"

Almaniyanın xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən Frank Ştaynmayer təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar verdiyi bəyanat qənaətbəxş sayıla bilməz. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev bildirib. A.Quliyevin sözlərinə görə, nazir tərəfləri atəşkəsə əməl etməyə və Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə çağırmaqla öz işini yekunlaşdırmamalıdır. ATƏT sədri indi qətiyyət nümayiş etdirməli və Ermənistanı işğal etdiyi Azərbaycanın ərazilərindən çıxmağa çağırmalıdır. Onun sözlərinə görə, Ştaynmayer üçün ATƏT-in Minsk Konfransını təcili çağırmaq və problemin həlli istiqamətində bütün səyləri birləşdirmək üçün ciddi əsas yaranıbdır. ATƏT sədri cəbhə bölgəsindəki gərgin vəziyyəti, Ermənistanın törətdiyi təxribatı və hadisələrin sonrakı gedişatını düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıdır. A.Quliyevin fikrincə, bugünkü hadisə bir daha onu sübut etdi ki, Azərbaycan xalqı və ordusu torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaq və ərazilərimiz gec-tez düşmən tapdağından azad olacaqdır. Bu reallığı ATƏT-də, Ermənistan da tam olaraq dərk etməlidir.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












