Aviabiletlərin qiyməti arta və reyslər ləğv edilə bilər - Avropada böhran

Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorqensenin fikrincə, kerosin tədarükü ilə bağlı yaranmış vəziyyət fonunda Avropanı olduqca mürəkkəb yay mövsümü və aviabiletlərin qiymətinin artması gözləyir.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "La Vanguardia" nəşrinə müsahibəsində bildirib.
Qeyd edilib ki, hazırda vəziyyət çox ciddidir və təəssüf ki, gələcəkdə daha da pisləşmə ehtimalı yüksəkdir. Komissar vurğulayıb ki, aparılan təhlillərə əsasən, sabah sülh elan edilsə belə, enerji daşıyıcılarının qiymətləri ilə bağlı çətin həftələr, aylar və hətta illər qarşıdadır. Onun sözlərinə görə, Yaxın Şərqdə, xüsusən də Qətərdə mayeləşdirilmiş təbii qaz infrastrukturu o qədər zərər görüb ki, onun bərpası illər tələb edəcək. Yorqensen əlavə edib ki, bunun nəticəsi olaraq qiymətlər uzun müddət yüksək olaraq qalacaq.
Rəsminin sözlərinə görə, neftlə bağlı vəziyyət bir qədər fərqlidir. O bildirib ki, hasilatın bərpası daha tez həyata keçə bilər və bu, sadəcə bir neçə həftəlik məsələdir. Lakin dizel və ya təyyarə yanacağı olmadan keçən bir neçə həftə həlledici rol oynaya bilər. Aviasiya sənayesinin kerosinlə təminatı məsələsinə toxunan Avropa Komissiyasının nümayəndəsi vurğulayıb ki, ən yaxşı ssenaridə belə olduqca ağır bir yaya hazır olmaq lazımdır. O xəbərdarlıq edib ki, hava səyahətləri daha da bahalaşacaq və bəzi hallarda reyslərin ləğv edilməsi halları ilə qarşılaşmaq mümkün olacaq.
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?












