Banner

Aviabiletlərin qiyməti kəskin artıb - VİDEO

Gündəm 16 Mart 2022 00:18 Oxunub 1112
Aviabiletlərin qiyməti kəskin artıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya-Ukrayna müharibəsi fonunda Moskva-Bakı və əks istiqamətdə aviabiletlərin qiyməti kəskin artıb.

MMəlumata görə, uçuşlara məhdudiyyətlərin qoyulması, o cümlədən bir sıra aviaşirkətlərin reyslərini ləğv etməsi qiymətlərin artmasının başlıca səbəbləridir.

Ekspert Rəhman Quliyev deyir ki, hazırda faktiki olaraq Moskva-Bakı, Bakı-Mosva istiqamətində 1 aviaşirkət uçuş həyata keçirir. Bu reyslerlə sadəcə bir istiqamət üzrə uçmaq 2000 manata başa gəlir. Üstəlik, bu reyslərdə yaxın tarixlərə ekonom- klas biletlər də yox dərəcəsindədir. Çünkü münaqişə və Novruz bayramı ilə bağlı gəlib-gedənlərin sayı xeyli artıb.

Sərnişinlər alternativ olaraq Dubay və İstanbul üzərindən də Bakıya və əks istiqamətə uça bilərlər. Ancaq burada da qiymətlər olduqca yüksəkdir.

Sərnişinlər daha aşağı qiymətə bilet almaq istəyirlərsə, minimum 1 ay əvvəldən sifariş etməlidirlər. Ancaq ekspert Rəhman Quliyev deyir ki, indidən 1 ay əvvələ bilet almaq da olduqca risklidir. Çünkü həmin reysin təxirə düşüb-düşməyəcəyi sual altındadır.

Ekspertin fikirincə, yaxın vaxtlarda qiymətlərin normala qayıtması gözlənmir. Çünkü hazırda münaqişə səbəbindən aviaşirkətlərin əksəriyyəti uçuşları ləğv edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh