Aviaqəza: sərnişinin hüquqları hansı qanunlarla tənzimlənir?

Aviasiya dünyada ən təhlükəsiz nəqliyyat vasitəsi olaraq qalır. Bunun bir səbəbi də sektorda bütün işlərin konkret reqlament və standartlarla aparılmasıdır. Əgər avtomobil sektorunda beynəlxalq konvensiyalar 60-cı illərə təsadüf edirsə, aviasiya sahəsinə daha əvvələ gedib çıxır. Təbii ki, söhbət bir neçə deyil, onlarla ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlərdən gedir. Bu sənədlərdə həm də sərnişinlərin hüquqları, onlara ödəniləcək kompensasiyalar yer alır.
Avtosfer.az xəbər verir ki, XX əsrin 20-ci illərindən etibarən aviasiya dünyada kütləviləşməyə başlayır. Təbii ki, hələ o dövrdə transkontinental uçuşlar barmaqla sayılırdı. Lakin ölkələrarası reyslərdə intensivlik artmışdı. Buna görə də böyük dövlətlər 1929-cu ildə Varşava Konvensiyasını qəbul etdi. Azərbaycanın da daxil olduğu Sovet ittifaqı bu sənədi 1934-cü ildə ratifikasiya etdi. Bu gün də qüvvədə olan sənəddə daşıyıcı şirkətlərin maddi məsuliyyəti ilə bağlı çox sayda maddə yer alır. Sənədə görə əl baqajının itməsinə görə məsuliyyət həddi 500 frank (1 İsveçrə frankı = 1,8 manat) təşkil edir. Ölüm və xəsarətlərə görə şirkətlərin məsuliyyət limiti 250 min İsveçrə frankıdır.
Sənədə 20-ci əsrdə bir neçə xırda düzəliş edilsə də, əsas dəyişiklik 1999-cu ildə Kanadada edilib. Monreal protokolu adlandırılan bu sənəd də əvvəlki kimi sırf beynəlxalq uçuşlara şamil edilir. Sərnişinin kompensasiya tələb etməsi üçün təyyarə şirkətinin hansı ölkəyə mənsubluğu heç bir əhəmiyyət daşımır. Vacib olan çıxış və təyinat aeroportlarının yerləşdiyi dövlətlərin Monreal konvensiyasına qoşulmasıdır. Əks halda, təzminat Varşava konvensiyası əsasında ödənilir.
Monreal konvensiyasının əvvəlki sənədlərdən fərqi onun daşıyıcı şirkətlərin maddi məsuliyyətini limitləşdirməməsidir. Sərnişinin daşıyıcı şirkətə qarşı iddia qaldırması üçün onun vətəndaşlığı və iddianı tərtib edəcəyi ölkənin heç bir fərqi yoxdur. Bir şərtlə ki, sərnişin və yük sığortalanmış olsun. Hansısa hüquqi və ya fiziki şəxsin zərərçəkənlərə yardımı isə sırf şəxsi mülahizəyə əsaslanır, bu konvensiya ilə tənzimlənmir.
Doğrudur, bir çox insan aviasiya nəqliyyatından qorxur. Lakin, beynəlxalq ölçmələrə görə, təyyarə avtomobildən 45 dəfə daha təhlükəsizdir.
Vüqar Yaşaroğlu
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












