Aviaqəzada ölmüş daha bir nəfərin meyiti eksqumasiya olunub

İçərisində Polşa prezidenti Lex Kaçinskinin də olduğu "Tu-154" təyyarəsinin Rusiyada qəzaya uğraması zamanı həlak olan daha bir nəfərin meyiti eksqumasiya olunub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Polşa Prokurorluğunun rəsmi nümayəndəsi Yeva Byalik deyib. O bildirib ki, bununla da həmin hadisə ilə əlaqədar meyiti eksqumasiya olunanların sayı 16 nəfər çatıb: “Varşava hərbi məzarlığında eksqumasiya olunan bu şəxs Stansilav Mikkedir. O hakim, vəkil, yazıçı və Müharibə qurbanlarının xatirəsinin qorunması Şurasının sədr müavini olub". Eksqumasiya Polşada təyyarə qəzasının səbəblərinin yenidən araşdırılması çərçivəsində həyata keçirilir. Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Mariya Kaçinskinin meyiti 2016-cı ilin noyabrında eksqumasiya olunub. Xatırladaq ki, "Tu-154" təyyarəsi 2010-cu ildə Smolensk hava limanına enişə başlayarkən qəzaya uğrayıb. Nəticədə 88-i sərnişin və 8-i heyət üzvü olmaqla, 96 nəfər ölüb.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












