Aviaşirkətlərə miqrasiya qadağasına məruz qalmış sərnişinləri daşımaq icazəsi verib - ABŞ

ABŞ-ın Sərhəd Xidməti Vaşinqton ştatında federal məhkəmənin ölkə prezidenti Donald Trampın miqrasiya haqqında fərmanının icrasını müvəqqəti qadağan edən qərarından sonra aviaşirkətlərə qadağaya məruz qalmış ölkələrin sərnişinlərini daşımaq icazəsi verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən CNN telekanalı məlumat yayıb. Cümə günü ABŞ-ın Sietl şəhər federal məhkəməsi prezident Donald Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasının qismən dayandırılması barədə qərar qəbul edib. Qeyd olunur ki, məhkəmə əmri bütün ölkə miqyasında qüvvədədir. Məhkəmə iddiasını Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson qaldırıb. O, məhkəmənin bu fərmanları qeyri-konstruktiv hesab etməsinə nail olacağını bildirib. İddiaya Minnesot ştatı rəhbərliyi də qoşulub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












