Aviasiya terrorizminin qarşısının alınması yolları müzakirə edilib

BMT-nin iclasında aviasiya terrorizminin qarşısının alınması yolları müzakirə edilib. Dünyanın bütün dövlətləri aeroportlarda yoxlama prosedurlarını və nəzarəti, habelə mülki aviasiyada terror təhlükəsinin qarşısının alınması məqsədilə aeroport infrastrukturlarının təhlükəsizliyini möhkəmləndirməlidirlər. Avtosfer.az azərtac-a istinadən bildirir ki, bu fikri Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsinin və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) himayəsi ilə keçirilən iclasın iştirakçıları söyləyiblər. ICAO-nun baş katibi Fan Lyu vurğulayıb ki, terrorçu qruplar aeroportlarda təhlükəsizliyin təmini sistemində istənilən boşluqdan istifadə etməyə çalışırlar. Beynəlxalq birliyin vəzifəsi əməkdaşlıq yolu və yoxsul ölkələrə texniki yardım göstərməklə bu boşluqları aşkar etmək və aradan qaldırmaqdır. Hər gün dünyada 100 min mülki təyyarə 10 milyon sərnişin daşıyır. Aviareyslərdə sərnişinlərin sayı ildə 3,5 milyard nəfər təşkil edir. Belçika, Türkiyə və Birləşmiş Ştatlarda aeroportlara hücumlar, Somalinin “Daallo” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba partlayışı aviasiyada terror təhlükələrinə dair ciddi xəbərdarlıqlardır. Fan Lyu vurğulayıb ki, ICAO-nun himayəsi altında hava hərəkəti təhlükəsizliyinin təmin olunmasına dair bir sıra standartlar, prinsiplər və təlimatlar hazırlanıb və Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının əlavələrinə daxil edilib.
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










