Avropa aviaşirkətləri Yaponiyaya uçuşların marşrutunu dəyişiblər

Avropanın üç böyük aviaşirkəti Yapon dənizi üzərindən uçmamaq üçün bu qitə ilə Yaponiya arasında təyyarələrin əsas marşrutlarını dəyişiblər. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, xatırladaq ki, Şimali Koreya son vaxtlar ballistik raketlərin sınağını məhz Yapon dənizi istiqamətində həyata keçirir. Almaniyanın “Lufthansa”, İsveçrənin “Swiss International Air Lines” və Skandinaviyanın “Scandinavian Airlines” aviaşirkətlərinin təyyarələri Yaponiyanın Tokio şəhərinə və digər yaşayış məntəqələrinə getmək üçün yapon arxipelaqının yanından keçərək Hokkaydo və Tohoku rayonları üzərindən uçurlar. Şirkətlərin nümayəndələrinin bildirdiyinə görə, yeni marşrutlar uçuş vaxtına və onun uzunluğuna ciddi təsir göstərməyib. “Lufthansa” şirkəti isə bəyan edib ki, dəyişiklikliyə səbəb Şimali Koreya tərəfindən raket buraxılışları ilə əlaqədar yarana biləcək fövqəladə vəziyyətin qarşısının alınması ilə bağlıdır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












