Avropa İttifaqı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını alqışlayır

"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır".
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yaydığı açıqlamada bildirilib. "Avropa İttifaqı yeni dəmir yolu dəhlizinin açılmasını alqışlayır. Bu, sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.
Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələr dəstəkləyib. Türkiyə ilə Bolarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcək.
Enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək Cənub Qaz Dəhlizini də dəstəkləyirik", - Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən vurğulanıb.
Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir. Bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də digər ölkələrin rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












