Avropada genişmiqyaslı etirazlar aeroportların işini iflic edə bilər

İtaliyada hava limanı işçiləri 26 iyulda dörd saatlıq ümummilli tətil keçirəcək ki, bu da turizm mövsümünün qızğın çağında onlarla reysin gecikməsinə və ləğvinə səbəb ola bilər. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, baqaj daşıyıcıları, yerüstü xidmət personalı və hava limanı işçiləri yerli vaxtla saat 13:00-dan 17:00-dək bütün böyük İtaliya hava limanlarında tətilə çıxacaq. Etirazçılar iş yerlərində təhlükəsizlik səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması və peşəkar və şəxsi həyat arasında sağlam balansın təmin edilməsi də daxil olmaqla bir sıra tələblər irəli sürürlər. Bundan əlavə, işçilər sosial təminatların qorunması ilə milli əmək müqavilələrinin uzadılmasında israr edirlər. Vəziyyəti ağırlaşdıran odur ki, eyni zamanda İspaniya və Portuqaliya hava limanlarında da tətillər keçiriləcək. Yay mövsümünün qızğın çağında minlərlə səyahətçi üçün əsl nəqliyyat kollapsının yaranma təhlükəsi var. İtaliyada etiraz aksiyaları ölkənin əsas hava limanlarına təsir edəcək: Milan-Malpensa, Milan-Linate, Roma-Fiumicino, Florensiya, Neapol və Venesiya. Xüsusilə çətin vəziyyət Milan-Linate hava limanında gözlənilir - burada sərnişinlərin qeydiyyatı və minmə qapılarının xidməti üçün məsul olan "Swissport" şirkətinin əməkdaşları da tətilə qoşulacaqlar. İspaniyada tətil hərəkatına marşrut şəbəkəsi 100-dən çox Avropa şəhərini əhatə edən "Volotea" aviaşirkətinin ekipajı və pilotları rəhbərlik edirlər. Bu, məşhur turist istiqamətləri arasında hava əlaqəsini ciddi şəkildə poza bilər. Ən uzunmüddətli etiraz aksiyası Portuqaliyada gözlənilir - burada "Groundforce" şirkətinin (Menzies Aviation kimi tanınır - red.) işçiləri 26 iyul saat 00:00-dan 29 iyul saat 00:00-dək üç günlük tətil elan ediblər. Onların qərarı Lissabon hava limanının işini iflic edə bilər. Üstəlik, etirazçılar avqust ayı boyunca tətilləri təkrarlamağı planlaşdırırlar: 8-11, 15-18, 22-25 və 29 avqustdan 1 sentyabra qədər.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












