Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

Slovakiyanın Koşitse şəhərindən Vyanaya (Avstriya) dəmiryolunun çəkilməsi işlərinə 2023-cü ildən başlanılacaq. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin hazırladığı layihənin iqtisadi əsaslandırılmasında qeyd olunub. Sənəddə vurğulanıb ki, layihə Transsibir magistralının Avropanın mərkəzi ilə birləşməsinə imkan verəcək. Dəmiryolunun tikintisi 6,5 mlrd. avroya başa gələcək. Layihə ildə təxminən 67 vaqondan ibarət 20 min qatarın hərəkət etməsinə imkan verəcək. Bununla yanaşı, Vyanada hesab edirlər ki, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar layihənin reallaşmasına mane olmayacaq. Yeni layihə qatarların Vyanadan Vladivostoka (Rusiya), yəni Avropadan Sakit okeana qədər hərəkət etməsinə şərait yaracaq. "Avstriya Transsibir magistralının bitməsi üçün əhəmiyyətli yerdir. Transsibir Avstriyadan Avropanın dəmiryolları şəbəkəsi, gəmiçilik və Vyana hava limanına çıxış əldə edəcək", - avstriyalı nazir Yorq Lyyxtfrid bildirib.
Onun sözlərinə görə, tikinti işlərini texniki olaraq 2023-cü ildə başlamaq olar, məntəqənin istismarı isə 2033-cü ilə təsadüf edəcək: "Avstriyanı Avropanın logistika baxımından bağlayıcı həlqəyə çevirmək istəyirəm. Koşitsedən Vyanaya qədər 400 km-lik məntəqənin tikintisinə dair qərar təxirəsalınmadan qəbul olunmalıdır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












