Avropadan təyyarə ilə bu cihazları gətirmək qadağan oluna bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkəyə Avropadan gələn təyyarələrdə noutbuk və digər böyük elektronika cihazları daşınmasını qadağan etməyi nəzərdən keçirir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu cür tədbirlərin səbəbi açıqlanmır. Eyni zamanda, qadağanın necə tətbiq olunacağı, elektonika cihazlarının göyərtədə yox, baqajda olmasına icazə verilib-verilməyəcəyi barədə məlumat yoxdur. Qeyd edək ki, bu ilin mart ayında ABŞ hökumətinin bir sıra ölkələrdən olan sərnişinlər üçün əl yükündə mobil telefonların ölçüsündən böyük olan elektron cihazlar keçirməsini qadağan etdiyi məlum olub. Belə ölkələrə əsasən, Türkiyə, Misir, İordaniya, BƏƏ, Şimali Afrika və Yaxın Şərqin digər ölkələri aiddir. Vaşinqton belə addımları laynerlərin göyərtəsində terror təhlükəsinin artması səbəbindın atıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












