Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq

Avstraliya hökuməti hava limanlarında pasport yoxlamasını ləğv etməyi və xarici sərnişinlərin kimliyini müəyyənləşdirəcək yüksək texnologiyalı sistem tətbiq etməyi planlaşdırır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölkə aeroportlarında ziyarətçilərin üzünü, gözünü və barmaq izlərini skan edəcək avadanlıqlar quraşdıracaq və bu cihazlardan alınmış məlumatlar məlumatlar bazasında yoxlanılacaq. Sərnişinin şəxsiyyəti avtomatik olaraq müəyyənləşəcək və buna çox vaxt lazım olmayacaq. Avstraliya hökuməti 2020-ci ilə qədər xaricdən gələnlərinin 90 faizinin belə sistemin köməyi ilə yoxlanılmasını istəyir. Artıq bu istiqamətdə tədbirlər planı hazırlanıb. Bu ilin iyul ayında yeni texnologiyaları paytaxt Kanberranın, noyabrda isə ölkənin digər iri şəhərləri olan Sidney və Melburnun hava limanında tətbiq edəcəklər. Layihə 2019-cu ilin mart ayında başa çatdırılacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












