Avstraliyada 103 il əvvəl itmiş sualtı qayıq tapılıb

Avstraliyanın ilk sualtı qayığının qalıqları o itdikdən 103 il sonra tapılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. "Avstraliyanın qocaman hərbi-dəniz sirri Papua - Yeni Qvineyanın tərkibinə daxil olan Dyuk-of-York adaları sahillərində ölkənin ilk sualtı qayığı olan "HMAS AE1"nin tapılması açılıb", - deyə Nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir. Sualtı qayığın yerini ötən həftə başlayan ekspedisiya zamanı müəyyən etmək mümkün olub. "The Australian" qəzetinin məlumatına görə, sualtı qayığı sayca on üçüncü dəfə tapmaq cəhdi uğurla nəticələnib. Bildirilir ki, gəmi 300 metr dərinlikdə olub. Sualtı qayıq 1914-ci ilin 14 sentyabrında Yeni Britaniya adaları (Papua - Yeni Qvineyanın tərkibinə daxildir) rayonunda itkin düşüb. Onun göyərtəsində 35 ekipaj üzvü olub. İndiyədək onun itməsinin səbəbləri məlum deyil.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












