Avstraliyadan yeni gəmi gətiriləcək - Azərbaycana

Avstraliyanın qərbində Azərbaycanın "Caspian Marine Services" (CMS) gəmi təmiri və texniki baxışı həyata keçirən şirkətinin sifarişi ilə hazırlanan 70 metrlik katamaran tipli gəmi suya buraxılıb. "Rəşid Behbudov" adı verilən gəminin suya buraxılmasını Avstraliyanın "Austal Limited" şirkəti həyata keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un "Caspian Marine Services"dən əldə etdiyi məlumata görə, gəminin tikintisinə dair müqavilə 2015-ci ilin iyununda imzalanıb. Tikinti işləri 2015-ci ilin oktyabrnda paralel olaraq iki tərsanədə aparılıb. Gəminin ön gövdəsi Balamban (Filippin) tərsanəsində, gəminin arxa avalı və üst qatı isə Avstraliyada hazırlanıb.
Qeyd edilib ki, gəmi "Incat Crowther" şirkətinin layihəsi əsasında hazırlanıb. Gəminin 2016-cı ilin noyabrında Bakıya çatdırılması planlaşdırılır.
"Rəşid Behbudov" dəniz qurğularına xidmət edəcək 150 nəfərlik heyət üçün nəzərdə tutulub. Maksimal sürəti 30 dənizi mil/saat (1 mil - 1,852 km) ola bilər. Gəminin göyərtəsində sahəsi 400 kv. metr təşkil edən döşəmə, habelə heyətin gəmidən dəniz qurğularına çatdırılması üçün "Ampelmann" tipli platforma qurulub.
Xatırladaq ki, "Caspian Marine Services" şirkətinin sifarişi ilə 2014-cü ildə "Müslim Maqomayev" adı verilən sürətli katamaran tipli gəmi istismara verilib. Gəmi Avstraliyanın Tasmaniya adasında "Incat Tasmania" şirkətinin "Derwent Park Hobart" tərsanəsində inşa edilib. Bu gəminin müəllifi də "Incat Crowther" şirkəti olub.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA














