Avstriya apreldən Bakı-Qars dəmiryolu marşrutuna yönəldəcək

Biri Bakı, digəri isə Gəncə şəhərində olmaqla iki yeni dəmir yolu deposu tikiləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanovun sözlərinə görə, 4 yeni "Stadler" qatarı sifariş verilib: "Bu qatarların ikisi bu il, digər ikisi isə gələn il ölkəyə gətiriləcək". QSC sədri deyib ki, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Lənkəranda dəmiryolu xəttində bir qədər dəyişiklik olacaq: "İran ərazisində də 164 km-lik yolun tikintisinə başlamağa çalışacağıq. Təbii ki, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı altında xüsusi səfər olacaq. Bundan sonra isə Balakən istiqamətində hərəkət edən qatarların sürətinin arıtırlmasına çalışacağıq".
Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı danışan C.Qurbanov deyib ki, bu ilin aprel ayından Avstriya da yüklərini bu marşruta istiqamətləndirəcək: "BTQ ilə bu vaxta qədər 500-dən çox konteyner daşınıb. Türkiyə ilə Çin arasındakı konteyner dövriyyəsi 500 mindir. Bu xəttə Çinin də, Mərkəzi Asiya ölkələrinin də marağı var. Bundan əlavə, Avstriyadan aprelin ikinci həftəsindən Qazaxıstana yüklərin daşınmasına başlanacaq".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












