"Avto Radio"ya yeni direktor təyinatı oldu

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan “Avto Radio”ya direktor təyin olunub. Radio sahəsində 15 ilə yaxın təcrübəsi olan Cavid Neymetzadə ölkədə fəaliyyət göstərən aparıcı radiolarda - Space, ANS ÇM, ATV 106 FM və Avto FM – aparıcı, redactor, rejissior, menecer kimi vəzifələrdə çalışıb. Bundan əlavə, o, ölkənin aparıcı təşkilatlarından olan “Bakı Sığorta” şirkətinin marketinq departamentinin rəhbəri, “Nurgun Şirkətlər Qrupu”-nun ictimai əlaqələr üzrə mütəxəssisi və digər müxtəlif şirkətlərdə marketoloq kimi çalışıb.
Yeni təyinatı ilə bağlı açıqlama verən Cavid Neymətzadə bildirib ki, qısa vaxtda radio dalğaları arasında populyarlıq qazanan “Avto Radio”nun proqramlarının zənginləşdirilməsinə, efirin dolğun və rəngarəng olmasına çalışacaq: “Əsas məqsədimiz Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsulları istehsal etməkdir. Yeniliklərə gəldikdə tam əminliklə deyə bilərəm ki, Avto Radionun musiqi, proqram və xəbər formatı tamamilə dəyişəcək və digər radiolardan fərqlənəcək".
Fərid
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












