Avtobus gözləyərkən DİQQƏTLİ OLUN - XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycanda gözlənilən kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakşılarına xəbərdarlıq edir.
Avtosfer.az xəbərdarlığa istinadən xəbər verir ki, dekabrın 14-də proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar AYNA sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir.
Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, piyadalardan yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Agentlik tərəfindən sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur: “Avtomobillərinizi ağacların və dayanıqsız konstruksiyaların yaxınlığında park etməyin və bu ərazilərdə dayanmayın. Mikromobillik istifadəçiləri, diqqətli olun! Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azaldın və yol nişanlarına xüsusi diqqət yetirin”.
Milli Hidrometeorologiya Xidməti dekabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Ağdərə, Saatlı, Sabirabad, Qazax, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, İmişli, Beyləqan, Salyan, Kürdəmir, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Göygöl, Gədəbəy, Şamaxı, Şirvanda fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Hacıqabul, Neftçala, Mingəçevir, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Goranboy, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Ağdam, Göyçay, Zərdab, Şəmkir, Daşkəsən, Tovuz, Samux, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Balakən, Qax, Qusar, İsmayıllı, Ağdaş, Ucar, Lerik, Yardımlı, Qobustanda isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20,8-28,4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.
Sürücülərin bəziləri hələ də bu yenilikdən xəbərsizdir - DİQQƏT
Zəngəzur dəhlizi ilə bağlı Vaşinqtonda növbəti görüşlər keçiriləcək – RAUF AĞAMİRZƏYEV - VİDEO
İctimai nəqliyyatda gedişhaqqı yenə artırıla bilər – AÇIQLAMA
Ağacın arxasında görünməz qalan svetofor və nişan işıq üzünə çıxdı - FOTO
Bu ərazilərə qar yağır
Toyda və yasda çəkilən belə videoları internetdə paylaşmaq qadağan ediləcək - QƏRAR
“Halal” nişanlı kolbasada donuz ətinin olduğunu vətəndaş İFŞA ETDİ - VİDEO
İran ABŞ ilə müharibəyə başlasa, Rusiya və Çin ona dəstək olacaq? – Politoloq AÇIQLADI
Metroda platforma ilə qatar arasında niyə şüşə arakəsmə quraşdırılmır? – RƏSMİ - VİDEO
Binəqədi şosesindəki xaosun səbəbi nədir? - VİDEO
İsrail İranın ABŞ ilə nüvə razılaşmasına maneə yaradır - EKSPERT









