Avtobus reyslərinin sayı 15-ə çatdıracaq - Rusiya-Azərbaycan arasında

Rusiya ilə Azərbaycan arasında müntəzəm sərnişin avtobus reyslərinin sayı 15-ə çatdırılacaq. Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən Rusiya-Azərbaycan Qarışıq Komissiyasının iclasında Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev bildirib: "Hazırda Bakı ilə Rusiyanın şəhərləri arasında 9 reys təşkil olunub. Sərnişin daşımalarının coğrafiyasının genişləndirilməsi tədbirləri çərçivəsində avtobus reyslərinin sayı 15-ə çatdırılacaq".
İclasda iştirak edən Rusiya Nəqliyyat Nazirliyi Avtomobil və şəhər nəqliyyatı sahəsi üzrə dövlət siyasəti Departamentinin direktoru Aleksey Bakirey isə bildirib ki, bu ilin sentyabrın 27-də Bakı-Kazan marşrutu ilə sərnişin daşınması xidmətlərinin göstərilməsinə dair icazənin müddəti bitib və böyük tələbat olan istiqamət üzrə sərnişin daşımalarının yenidən bərpası üçün icazə müddətinin tezliklə bərpasını təklif edib.
İclasın gedişi zamanı tərəflər iclasın yekun protokoluna təhlükəsizlik məqsədilə sərnişin dövriyyəsinin hesabatlılığının yeni formasının təsdiqi məsələsinin də salınmasına dair razılıq əldə ediblər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












