Avtobus sürücülərinin maaşları artırılacaq? - RƏSMİ CAVAB

Son illərdə ictimai nəqliyyatda ən çox müzakirə olunan məsələlərdən biri sürücü çatışmazlığıdır. Paytaxt və region avtobuslarında bəzi xətlərdə intervalların uzanması sürücü qıtlığı ilə əlaqələndirilir.
Sürücü çatışmazlığı ilə bağlı vəziyyət necədir? Bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür? Avtobus sürücülərinin iş saatlarının azaldılması və əmək haqlarının artırılması ilə bağlı hansı tədbirlər görülür?
Bu sualara cavab tapmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.
Avtosfer.az-ın məlumatına görə, AYNA-dan BAKU.WS-ə bildirildi ki, avtobus sürücülərinin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirilir:
"İşə götürmə prosesi Əmək Məcəlləsinə və digər normativ hüquqi aktların tələblərinə uyğun təmin edilməlidir. Avtobus parkının genişlənməsi bu sahədə yeni iş yerlərinin yaranmasına şərait yaradır. Əmək Məcəlləsinə uyğun olaraq sürücülərin növbəli rejimdə işləməsi nəzərdə tutulur. Sürücülərin sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Sürücülər AYNA-nın təlim-tədris mərkəzində sərnişinlərin təhlükəsizliyinə, yol hərəkəti qaydalarına və nəqliyyat vasitəsinin təhlükəsizliyinə dair bütün biliklərə yiyələnə bilər".
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA










