Avtobus sürücüsü sərnişinlərə gərgin anlar yaşatdı - VİDEO

Paytaxtın “28 May” metrostansiyasından “Neftçilər” istiqamətində hərəkət edən 4 nömrəli avtobus Yusif Səfərov küçəsində “BakuBus”a məxsus 1 saylı marşrut avtobusunun qarşısına keçərək qəza vəziyyəti yaradıb və sərnişinlərə gərgin anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, “BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Modern.az-a bildirib ki, hadisə avqustun 22-si saat 20:37 radələrində baş verib: “Biz Sərnişindaşıma xidmətinin kefiyyətli şəkildə təşkil olunmasına maneə yaradan bəzi sərnişinlərlə bağlı videgörüntüləri mütəmadi şəkildə ictimaiyyətə təqdim edirik. Təəssüf ki, bu cür sərnişinlərlə yanaşı işinin məsuliyyətini hələ də anlamayan, xidmətin kefiyyətli şəkildə həyata keçirilməsinə əngəl olan, eyni zamanda sərnişinlərin həyatını təhlükəyə atan digər yol hərəkəti iştirakçılarına da rast gəlmək olur. Bu cür faktlara biz sərnişinlərimizin sərt əyləclə bağlı şikayətlərini araşdıran zaman daha çox rast gəlirik. Təqdim olunan videogörüntüdən də aydın olur ki, dayanacağa daha tez çatmaq üçün qaydanı pozaraq qoşa xəttin üstündən keçən digər avtobus sürücüsü sərt manevr etməklə “BakuBus”a məxsus avtobusun önünə keçir”.
M.Piriyev bildirib ki, mərkəzi yolda qəza şəraiti yaradan “sürücü” sərnişinlərlə yanaşı, digər nəqliyyat iştirakçılarını da təhlükə ilə üz-üzə qoyub.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










