Avtobus sürücüsü xəstə sərnişini küçənin ortasına atıb... - FOTO

Hövsan qəsəbəsi – “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edən 10 TG 439 dövlət seriya nişanlı 132 saylı marşrut avtobusunda xoşagəlməz hadisə yaşanıb.
Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 09:10 radələrində baş verib. Belə ki, Hövsan qəsəbəsindən “Əhmədli” metrostansiyasına gələn avtobusun 65-70 yaşlı sərnişininin gözlənilmədən halı pisləşib və o, huşunu itirib. Lakin avtobus “Əhmədli” metrostansiyası qarşısındakı sonuncu dayanacağa çatdıqda sürücü sərnişinin avtobusdan düşürülməsini tələb edib. Salondakı sərnişinlər “onu yerindən tərpətmək olmaz, bəlkə də infarkt keçirib” – desələr də, sürücü “Neynim? Mən getməliyəm” deyərək bir daha huşunu itirmiş sərnişinin avtobusdan düşürülməsini tələb edib.
O, halı pisləşmiş sərnişini digər şəxslərin köməyilə salondan düşürərək asfaltın üzərinə qoyaraq çıxıb gedib. Halı pisləşmiş sərnişin bir neçə dəqiqə yerdə uzanmış vəziyyətdə qalıb. Sərnişinlər təcili yardıma zəng vuraraq əraziyə həkim çağırıblar və o, xəstəxanaya çatdırılıb.
132 saylı marşrut avtobusunun dispetçeri Elçin Balayev marşrut rəhbərliyinin bununla bağlı araşdırma aparılacağını dedi: “Məsələni araşdırarıq və ölçü götürərik”.


İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












