Avtobus sürücüsünə bəraət verildi

171 nömrəli avtobusun sürücüsünə bəraət verilib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Ceyhun Yusifov məlumat verib.
O, bildirib ki, hüquqlarını müdafiə etdiyi Camaləddin Həsənov Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham verilib: “ Müvəkkilim 171 nömrəli avtobusun sürücüsü olub. 2015-ci ildə Koroğlu metrostansiyasının yaxınlığında vətandaşı vurub. Ona istintaq orqanı tərəfindən hadisə yerindən qaçma ilə bağlı ittiham verilib. Nizami rayon Məhkəməsində şahidlərin ifadəsindən sonra məlum olub ki, o, hadisə yerindən qaçmayıb. Hətta ilkin tibbi yardım göstərib. Hakim Elnur Nuriyev müvəkkilim barəsində bəraət hökmü çıxartdı”.
Vəkilin sözlərinə görə, istintaq orqanı Nizami rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib: “Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramov da işi araşdıraraq Nizami rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxladı və istintaq orqanın apellyasiya şikayəti təmin edilmədi”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












