Avtobus sürücüsünə silah çəkən şəxs həbs edilib - Bakıda

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir. Xatırladaq ki, O.Orucovun atası sabiq polis zabitidir. Qeyd edək ki, avqustun 18-də saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib. Faktla bağlı cinayət işi başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












