Avtobus sürücüsünün məhkəməsi təxirə salınıb - Bakıda

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmənin bu gün keçirilməli olan ilkin hazırlıq iclası təxirə salınıb.
Avtosfer.az xəbər verir ki, cinayət işi üzrə dövlət ittihamçısı dəyişdirilib. Buna görə də məhkəmə təxirə salınıb.
Məhkəmənin hazırlıq iclası iyulun 18-də davam etdiriləcək.
Qeyd edək ki, işə hakim Mayıl Bayramovun sədrliyi ilə baxılır.
Xatırladaq ki, qətl hadisəsi bu il mart ayının 23-də Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində baş verib. 4 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü, Ağstafa rayon sakini, 37 yaşlı M.Məmmədov eyni marşrut xəttində sürücü işləyən Bakı şəhər sakini, 23 yaşlı Zülfüqar Əzizlini avtobusun sükanı arxasında bıçaqlayıb. Ürək nahiyəsindən bir bıçaq zərbəsi alan Z.Əzizli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Sürücülər arasındakı münaqişəyə avtobusların hərəkət qrafikində bir neçə dəqiqəlik pozuntu səbəb olub. Hadisədən sonra M.Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












