Avtobus zolağında saxlamadığını iddia edən sürücüyə - DYPİ-dən CAVAB - FOTO + VİDEO

Sosial şəbəkələrdə vətəndaş video paylaşaraq iddia edib ki, avtomobili avtobus zolağının təsir dairəsində saxlamadığı halda ona elektron protokol tərtib edilib.
Məsələ ilə bağlı Bakı şəhər DYPİ-nin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, vətəndaş Yunis Hüseynzadənin yol polisi tərəfindən əsassız elektron qərar qəbul edilməsi barədə sosial şəbəkə vasitəsilə yaydığı videogörüntülərdə səsləndirilən iddialar araşdırılmış və təsdiqini tapmayıb.
Belə ki, avqustun 5-də vətəndaş Y.Hüseynzadə "Hyundai" markalı avtomobili ilə Bakı şəhəri, Məhəmməd Hadi küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yolda dayanma və durma qaydalarını pozduğuna görə barəsində elekron qərar qəbul edilib.
Araşdırma zamanı M.Hadi küçəsində yol boyunca 5.9 yol nişanının qoyulduğu, yolun vətəndaşın qeyd etdiyi hissəsində yolayrıcının deyil dalanın olduğu və həmin hissənin 5.9 yol nişanının təsir dairəsinə düşdüyü müəyyən edilib.

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











