Avtobus zolaqlarına girənlərin sayı azalıb – DYP-dən AÇIQLAMA - VİDEO

Gündəm 14 Avqust 2024 22:34 Oxunub 436
Avtobus zolaqlarına girənlərin sayı azalıb – DYP-dən AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın bəzi küçə və prospektlərində avtobus zolaqlarına daxil olaraq avtomobil saxlayan sürücülərlə bağlı tədbir keçirib.

Avtosfer.az xəbər verir ki, idarə əməkdaşlarının sürücülərlə apardığı maarifləndirici söhbətlərin nəticəsi olaraq, avtobus zolağına daxil olan və zolaqda dayanan sürücülərin sayı xeyli azalıb. Lakin bəzi sürücülər, xüsusən də sərnişinləri ünvana çatdıran taksi fəaliyyəti ilə məşul olan şəxslərlə bağlı hələ də vəziyyət eynidir.

Keçirilən tədbir zamanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli qayda pozuntusuna yol verən sürücülərə qanunvericiliyin tələblərini izah edib.

Tədbir zamanı qayda pozn sürücülər barəsində inzibati protokol tərtib edilməyib. Videonu təqdim edirik:

 

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh