Avtobusa basqın edən azərbaycanlı biznesmen saxlanıldı: Sevgilisi axtarışda

Sankt-Peterburqda uşaqları daşıyan avtobusun sürücüsünə bıçaq zərbələri endirərək, onu ağır yaralayan 44 yaşlı azərbaycanlı iş adamı Əlizadə Mustafayev saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatını görə, o, Sankt-Peterburqda tanışının evində gizlənirmiş. Hazırda polis Mustafayevin onunla birgə avtobusa hücum etmiş sevgilisini axtarır.
Xatırladaq ki, iki gün əvvəl Sankt-Peterburqda bizneslə məşğul olan Azərbaycan vətəndaşı Əlizadə Adil oğlu Mustafayev “Range Rover” avtomobili ilə məktəbliləri daşıyan avtobusun qarşısını kəsərək mübahisə etdiyi avtobus sürücüsünü bıçaqlayıb. Onun yanında olan, kimliyi hələ müəyyənləşdirilməyən qadın da sürücüyə küt alətlə zərbələr endirib. Sürücü hazırda reanimasiyadadır. Şahidlərin bildirdiyinə görə, avtobus sürücüsü yol hərəkət qaydalarını pozaraq məktəbliləri daşıyan avtobusu qəza vəziyyətinə salan “Range Rover” sürücüsünə irad bildirib. Bundan sonra Mustafayev avtobusun qarşısını kəsib və sürücünü sükan arxasından çəkərək onunla dalaşıb. Onun yanında olan qadın da yük yerindən dəyənək götürərək sürücünü vurub, azərbaycanlı sürücü davam zamanı avtobus sürücüsünə 3 bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşmışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














