Avtobusa hücum zamanı azərbaycanlı qadın ölüb, iki oğlu ağır yaralanıb - FOTO

10:24
Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralanan Azərbaycan vətəndaşlarının kimliyi müəyyənləşib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə zamanı Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.
Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb. Bu barədə məlumatı APA-ya ailənin yaxın qohumu, Göyçay sakini Şahin Yaqubov verib. Onun sözlərinə görə, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov "Turkish Airlines" şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllim olub. Türk liseyinin direktoru, Əflatun İsmayılovun yeznəsi Bülənt Ərgünəş telefonla zəng edərək onun qardaşı Aslan İsmayılova hadisə barədə məlumat verib. Bülənt Ərgünəşin sözlərinə görə, içərisində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu liseyə məxsus mikroavtobus silahlı hücuma məruz qalıb. Həmin vaxt avtomobildə 6 müəllim və 6 şagirdin olduğu bildirilir. Nəticədə 6 nəfər ölüb, digərləri ağır yaralanıb.
---------
10:05
Rəsmi Bakı Somalinin paytaxtı Moqadişoda martın 30-da baş vermiş hadisə ilə bağlı araşdırma aparır.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib: "Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Somalinin paytaxtı Moqadişoda 30 mart tarixində içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyi və hücum nəticəsində həlak olanlar arasında bir nəfər Azərbaycan Respublikası vətəndaşının olduğu barəsində məlumat verilib".
H.Hacıyev deyib ki, Azərbaycanın Ankaradakı səfirliyi həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır: "Biz də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk".
---------
04:34
Somalinin paytaxtı Moqadişoda məktəb avtobusuna edilən hücum nəticəsində hər ölkədən bir nəfər olmaqla Azərbaycan, Türkiyə və Somali vətəndaşları həlak olub, yaralılar da var. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.
Daha öncə Somali vətəndaşları olan avtobus sürücüsü və tərcüməçinin öldüyü, həmçinin dörd Türkiyə vətəndaşının öldüyü barədə məlumat yayılmışdı.
Qeyd olunur ki, hadisə nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.
Türkiyə XİN bu hücumu qınayıb: "Bu terror aktını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk".

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO










