"Avtobusa minməmişəm e, qaqaş, oğurluq eləmişəm" - Maqnitafon oğrusu - FOTO

Sərnişin avtobuslarından oğurluq edən şəxs saxlanılıb. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, hadisə Abşeronda qeydə alınıb. Rəvan Qurbanov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq onun idarə etdiyi 196 saylı avtobusun maqnitafonunun oğurlanması barədə məlumat verib. Daxil olan məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin Əməliyyatçıları oğurluqda şübhəli bilinən Fərid Mehdiyevi saxlayıb. İdarədə dindirilən şəxs törətdiyi əməli etiraf edib.
Saxlanılan Fərid Mehdiyev 119 saylı sərnişin avtobusunda işlədiyini deyir. Polis əməkdaşlarının apardıqları araşdırmlar nəticəsində Fəridin bundan başqa daha bir necə oğurluq əməli törətdiyi məlum olub.
Fərid Mehdiyev - saxlanılan şəxs: "Avtobusa minməmişəm e, qaqaş, oğurluq eləmişəm. Maşın bazarda dayanmışdı, içərisinə girib, maqnitafon və "kalonka" götürmüşəm, satmışam. 26, 27, 28 nömrəli marşrutlardan oğurluq eləmişəm. 30-32 dənə maqnitafon və "kalonka" olub, 15 minə satmışam".
Artıq faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












