Avtobusda 2 min pul oğurlayan cibgir - FOTO

Oğurluq edən şəxs saxlanılıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, əvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək, iki dəfə məhkumluq həyatı yaşayan Sumqayıt şəhər sakini, 36 yaşlı Yaşar Məmmədli həbsdən bu ilin aprel ayında çıxıb. Lakin çəkdiyi cəzadan dərs çıxarmayan şəxs azadlığa çıxdıqdan sonra narkotik maddələri qəbul etməkdə davam edib. Pul çatdıra bilmədikdə isə cibgirliyə başlayıb.
Ömrü-günü həbslərdə keçən Yaşar həbsdən çıxdıqdan sonra 2 dəfə cibgirlik etdiyini bildirsə də onun başqa oğurluq hadisələrində iştirakı da istisna edilmir.
Saxlanılan şəxs: "Masazır qəsəbəsində 35 nömrəli avtobusda 1100 manat pul götürmüşəm. Narkotik istifadə etmişəm. 501 nömrəli avtobusdan isə 950 manat pul götürmüşəm. İki dənə belə fakt olub. Heç özüm də bilmədim, necə oturdum bu narkotikə. Narkotik bədbəxtlikdir. Çalışacam bundan sonra vurmayım. Ömrüm getdi həbsxanalarda".
Abşeron polisi Yaşar Məmmədlinin əməlindən zərərçəkən vətəndaşlardan bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələrini xahiş edir.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












