Avtobusda azərbaycanlı müəlliməni zorlayan türk sürücüyə ağır cəza

Türkiyədə Azərbaycan vətəndaşı olan müəlliməni zorlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, hadisə bu ilin yanvar ayıanda baş verib. İki ölkə vətəndaşlığı olan, 2 anası 37 yaşlı müəlliməni zorlayan avtobus sürücüsü barəsində qərar elan edilib. Sürücü İbrahim Tuncaya 37 il 8 ay həbs cəzası verilib. Məhkəmə prokurorun ona tələb etdiyi cəzaya heç bir endirim etməyib. Qadın həmin gün axşam saat 11 radələrində S. adlı azərbaycanlı qadın işdən evinə dönərkən mindiyi bələdiyyə avtobusunun sürücüsünün təcavüzünə məruz qalıb. Avtobus sürücüsü içəridə başqa sərnişinlərin olmadığı bir vaxtda qapıları bağlayıb və qadına hücum çəkərək onu zorlayıb, telefonla qadının çılpaq şəkillərini çəkib. Daha sonra təhdid edib ki, hadisə ilə bağlı şikayət etsə, onu tapıb öldürəcək. Qadın ona 200 metr sonra enəcəyini deyərək avtobusa minə bilib-bilməyəcəyini soruşub. "Olar" cavabından sonra o, nəqliyyat vasitəsinə minib. Lakin sürücü enmək istəyən qadın üçün qapıları açmayıb və onu kimsəsiz küçələrdən birinə apararaq təcavüz edib. Zorladıqdan sonra onu heç kimə bu barədə deməməsi, əks halda öldürəcəyi ilə hədələyərək buraxıb. Qadın ilk fürsətdə polisə məlumat verib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












